Türkiyədə güclü tornado: Ağaclar kökündən çıxdı – VİDEO

  • By admin
  • 20 Fevral 2024 16:04

Türkiyənin Hatay rayonunda güclü yağışla birlikdə gələn tornado ağacları kökündən çıxarıb.

Gununsesi.info xəbər verir ki, kənd təsərrüfatı sahələrinin yerləşdiyi ərazidə baş verən tornado 40-a yaxın zeytun ağacını kökündən qoparıb.

Tornadonun əkinçilik sahələrində təsirini hiss etdirdiyi anlar vətəndaşların mobil telefonları ilə lentə alınıb.

Həmin görüntüləri təqdim edirik:

Gununsesi.info