Türkiyədə güclü zəlzələ – İstanbul da silkələndi

Türkiyənin Bursa vilayətində yenidən zəlzələ olub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Mudanya rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 5.1 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 9 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

 

Zəlzələ İstanbul başda olmaqla, Mərmərə bölgəsində hiss olunub.

 

 

Gununsesi.info