
Türkiyənin Hatay vilayətinin Kırıkhan rayonunda Rixter cədvəli ilə 4,8 bal gücündə zəlzələ baş verib.
Gununsesi.info xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, zəlzələ yerli vaxtla saat 05.32-də (Bakı vaxtı ilə saat 06:32-də) olub.
Yerin 8,28 kilometr dərinliyində qeydə alınan zəlzələ şəhərin mərkəzində də hiss olunub.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.
Gununsesi.info