Türkiyənin İstanbul şəhərində 5.1 bal gücündə zəlzələ olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ Mərmərə dənizində baş verib. Yeraltı təkanlar İstanbul, Kocaeli, Sakarya, Bursa və Yalovadan hiss edilib.
İstanbul valisi açıqlama yayaraq hər hansı neqativ halın yaşanmadığını bildirib.
Gununsesi.info