Türkiyənin Elazığ şəhərində 5,2 bal gücündə zəlzələ baş verib.
Gununsesi.org Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələnin episentri yer səthinə çox yaxın – 2,8 km dərinlikdə yerləşib.
Yeraltı təkan Malatyada da hiss edilib. Əhali təşvişlə küçələrə qaçıb.
İlkin məlumatlara görə, dağıntı və tələfat yoxdur.