Türkiyədə həbs olunmuş generallardan biri sərbəst buraxılıb

  • By admin
  • 19 İyul 2016 10:45

alm

Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılmış generallardan biri sərbəst buraxılıb.

Gununsesi.info-nun“Hürriyet”ə istinadən verdiyi xəbərə görə, iyulun 16-da səhərə yaxın polis tərəfindən saxlanılan, Çanaqqala vilayətində dislokasiya olunmuş 18-ci mexanikləşdirilmiş diviziyanın komandiri, general İsmayıl Gürgən azadlıqdadır.

Polis tərəfindən məhkəmə önünə çıxarılan İ. Gürgən azadlığa buraxılıb. O, istintaq dövründə azadlıqda qalacaq.

Gununsesi.info