
Türkiyə Xarici İşlər Nazirliyinin FETÖ-yə bağlı diplomatlara qarşı apardığı istintaq tədbirlərindən sonra prokurorluqda da hərbi attaşelərlə bağlı araşdırmalar başlanıb.
Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, istintaq çərçivəsində 300 nəfərdən ibarət şübhəli siyahısı hazırlanıb ki, onların da əksəriyyəti 2010-cu ildən sonra bu vəzifəyə təyin olunublar.
Qeyd olunur ki, artıq 40 nəfər saxlanılıb.
Gununsesi.info