Türkiyədə hərbi helikopter qəzasında şəhid olanlar var -FOTOLAR

  • By admin
  • 04 Mart 2021 22:20

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, qəza nəticəsində doqquz əsgər şəhid olub, dördü yaralanıb.

Hadisə Bitlisin Tatvan rayonunda, Nemrud dağının ətəklərində, yerli vaxtla 17.30-da qeydə alınıb. Qəzanın səbəbi hələlik bilinmir. Ancaq bölgədə duman olduğu qeyd edilir.

Türkiyə Milli Müdafiə Nazirliyi sonradan bu barədə yeni bir məlumat yayıb:

“Tatvanda baş verən helicopter qəzasında yaralanan dörd qəhrəman silah yoldaşımızdan daha biri xəstəxanada vəfat edib. Bununla şəhidlərimizin sayı 10-a yüksəlib”.

Nazirlikdən bildirilib ki, yaralı hərbçilərin xəstəxanlara yerləşdirilməsi ilə bağlı işlər davam etdirilir.

 

Gununsesi.info