Türkiyənin Konya şəhərində həyəcanlı anlar yaşanıb.
Gununsesi.info xəbər verir ki, Konyanın Qaratay mahalında yerləşən polis bölməsinin qarşısına gələn avtomobildən havaya atəş açılıb.
Daha sonra avtomobil hadisə yerindən dərhal uzaqlaşıb. Xeyli sayda polis qüvvələri insidentə səbəb olan şəxsin axtarışına cəlb edilib. Bir müddət sonra isə şübhəli şəxs özü polisə gələrək təslim olub.
Gununsesi.info