Türkiyədə Habertürk və Show TV kanalları dövlət nəzarətinə götürülüb

  • By Admin08
  • 11 Sentyabr 2025 09:54

İstanbulun Küçükçekməcə Prokurorluğu Türkiyənin “Can” Holdinqində əməliyyat keçirib, 10 nəfərin saxlanılması barədə qərar verilib.

Gununsesi.info xəbər verir ki, Habertürk və Show TV də daxil olmaqla Holdinqə aid 121 şirkət dövlət nəzarətinə götürülüb.

Saxlanılanlar “cinayətkar dəstə yaratmaq”da, “qaçaqmalçılıq”da, “dələduzluq”da və “çirkli pulların yuyulması”nda ittiham olunurlar.

Gununsesi.info