Türkiyədə hamilə qadın təcavüz edilərək öldürüldü – Bu gün doğuşa gedəcəkdi

  • By admin
  • 07 İyul 2017 22:05

1555596940x531jpg
Türkiyənin Sakarya şəhərinin Kaynarca qəsəbəsində 20 yaşlı suriyalı Ermani Əl-Rahmun adlı qadın 2 nəfər tərəfindən evindən oğurlanaraq meşəyə aparılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 9 aylıq hamilə qadın təcavüz edildikdən sonra yanındakı 10 aylıq uşağı Xələf Əl-Rahmunla birlikdə başları daşla əzilərək öldürülüb.

Cəsədləri yaxınlıqdakı kəndin sakinləri görüblər və polisə məlumat veriblər. Əməliyyat nəticəsində cinayəti törədən 35 yaşlı Birol və 22 yaşlı Cəlal tutulub.

Gununsesi.info