
15:41
Türkiyənin Tunceli rayonunda Təhlükəsizlik Müdirliyinə aid olduğu deyilən helikopter qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, səlahiyyətli şəxslər helikopterdəki 12 nəfərdən 7-nin polis, 2-nin hakim olduğunu açıqlayıb. Onların taleyi haqda məlumat verilmir.
Hazırda əraziyə xilasetmə qrupları cəlb olunub.
***
Tuncelidə qəzaya uğrayan helikopterdə 12 nəfər şəhid olub.
Axar.az xəbər verir ki, bu barədə Tunceli Valiliyi açıqlama yayıb.
Ölənlərdən 7-si polis, 1-i hakim, 1-i gizir, 3-ü isə heyət üzvüdür.
Gununsesi.info