Türkiyədə hotel yanğınında ölənlərin yekun sayı açıqlandı - Fotolar

Türkiyənin Bolu vilayətindəki “Kartalkaya” xizək kurortunda yerləşən “Grand Kartal” hotelində baş verən yanğınla bağlı zərərçəkmişlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi işləri tamamlanıb.

Gununsesi.info-nun DHA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə Ədliyyə Nazirliyindən məlumat verilib.

“Boluda baş verən yanğında bütün zərərçəkmişlərin şəxsiyyətləri müəyyən edilib. Yanğında həyatını itirənlərin sayı 78-dir”, – deyə məlumatda bildirilib.