Türkiyədə hotellər yenidən bağlanır?

Türkiyədə 20 sentyabrdan etibarən sosial şəbəkələrdə yeni məhdudiyyətlərin tətbiqi barədə yayılan xəbərlərə baxmayaraq, koronavirus infeksiyası hallarının sayının artması səbəbindən kurortların bağlanması barədə rəsmi açıqlama verilməyib.

Gununsesi.info bildirir ki, bu barədə TourDom.ru xəbər yayır.

Bildirilir ki, Türkiyə kurortları bütün xarici vətəndaşlar üçün əlçatandır.

Eyni zamanda, səlahiyyətlilərin pandemiya fonunda təhlükəsizlik tədbirlərini qismən gücləndirmələri, əsasən, yerli sakinlərlə əlaqədardır.

 Turistlərin istirahətinə təsir edə biləcək yeganə məhdudiyyət şəhərlərdəki əyləncə müəssisələri – diskotekalar, barlar, pablar, gecə klublarının işinin müvəqqəti dayandırılması ola bilər.

 Hələlik kafe və restoranların bağlanması barədə söhbət getmir.

Gununsesi.info