Milli Təhsil Nazirliyi yeni tədris ilinə yeni dəyişikliklər edib.
Gununsesi.info “TRT Haber”- ə istinadən xəbər verir ki, yeni qaydalarda bildirilir ki, ibtidai məktəblərdə imtahan saatları ləğv edilib. Ölçmə yanaşması əvəzinə, qiymətləndirmə təcrübələri qəbul ediləcək.
Məktəb-ailə əməkdaşlığı gücləndiriləcək. Yeni dövr ərzində həyata keçirilən tədbirlər, məktəbdə görülən işlər barədə valideynlərə məlumat veriləcək.
Məktəblərdə sinif sayında azalma olarsa, filiallar birləşdiriləcək.
Qeydiyyat haqqı və ya başqa ad altında məcburi ödəniş alınmayacaq. Sektor əməkdaşlıqları vasitəsilə təhsilə və keyfiyyətə giriş artacaq.
Günel
Gununsesi.info