Türkiyədə ilin ən yaxşı internet serialı – “Şəxsiyyət”

Türkiyədə keçirilən 46-cı “Pantene Altın Kelebek” mükafatının “İlin ən yaxşı internet serialı” nominasiyasında “Şəxsiyyət” seçilib.

Xalqın səsilə seçilən sənətçilər koronavirus səbəbilə bu ilki mərasimə onlayn olaraq evlərindən qatılıblar.

Qeyd edək ki, Hakan Gündayın ssenarisini yazdığı, Haluk Bilginerin baş rolda oynadığı “Şəxsiyyət” serialı silsilə cinayətlər edən alzeymer xəstəsindən bəhs edir.

Xatırladaq ki, Haluk Bilginər “Şəxsiyyət” serialındakı Agah Beyoğlu roluna görə Beynəlxalq “Emmi” mükafatına layiq görülmüşdü.

 

Gununsesi.org