
Türkiyədə illərdir axtarılan mafiya lideri Eyvaz Qorxmaz tutulub.
“Qafqazinfo” “Hürriyet”ə isitnadən xəbər verir ki, 1998-ci ildə törədilən cinayətə görə axtarılan Qorxmazın 1990-cı illərdə törədilən qətllərdə də hallanır
İstanbulda villaların birində ələ keçirilən cinayətkar şəbəkənin liderinin qızı və köməkçisi də həbs edilib. Mafiya başçısı haqqında 1998-ci ildə 15 il 9 aylıq həbs qərarı verildiyi məlum olub. O eyni zamanda 5 adam öldürmə, 10 silahla yaralama faktlarına görə də ittiham olunur. Qorxmazın evindən , həmçinin, 1 ədəd tapança, 690 ədəd narkotik vasitə tapılıb.
Eyvaz Qorxmaz, qızı və köməkçisi ifadələri alındıqdan sonra məhkəməyə göndəriliblər.
Gununsesi.org