Türkiyədə İŞİD-la əlaqəsi olan 36 şübhəli saxlanılıb

  • By ilhame
  • 21 Aprel 2024 16:09

İŞİD-la əlaqəsi olan 36 şübhəli saxlanılıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında yazıb.

 

“Ölkənin 4 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 36 nəfər saxlanılıb”, – paylaşımda deyilir.

 

DİN-in məlumatına görə, son bir il ərzində Türkiyədə terror təşkilatının 3 mindən çox tərəfdarı saxlanılıb.

Gununsesi.info