Türkiyədə İŞİD-lə əlaqəsi olan 20 nəfər polis tərəfindən saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” ölkənin hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.
Məlumata görə, onlar İzmir vilayətində saxlanılıblar. İŞİD tərəfdarlarının bura Konyadan – İstanbulda terror aktı törətmiş şəxsin bir müddət gizləndiyi şəhərdən gəldikləri bildirilir.
Polisin keçiirdiyi həbslərin Yeni il gecəsi İstanbulda baş vermiş terror aktı ilə əlaqədar olub-olmadığı açıqlanmır.
“Hurriyyet” qəzeti də İstanbuldakı terror aktı ilə əlaqədar 40 nəfərin saxlanıldığını bildirib. Saxlanılanların əksəriyyətinin Orta Asiya əsilli olduqları bildirilir.
Gununsesi.info