Türkiyədə kömür mədəni partladı - VİDEO

Türkiyənin Bartin bölgəsində daş kömür mədənində partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

HTML tutorial

Partlayışın səbəbi barədə məlumat verilməyib.

Bölgə rəsmiləri bildiriblər ki, Amasra daş kömür mədənində baş verən partlayış yerinə xilasedicilər cəlb edilib.  Yerin altında fəhlələrin olduğu bildirilir.

Bartın valisi Nurtaç Aslan partlayışın səbəblərinin hələ bəlli olmadığını deyib.

Gununsesi.info