Türkiyədə koronavirus infeksiyasına 94 min 730 nəfər yeni yoluxma

  • By admin
  • 15 Fevral 2022 21:31

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 309 nəfər ölüb.

Gununsesi.info-nun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

 

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 461 min 955 nəfərin test edildiyi, 94 min 730 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 102 min 673 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

 

 

Gununsesi.info