Türkiyədə koronavirus qurbanlarının sayı 4 800-ü ötdü

  • By admin
  • 15 İyun 2020 22:19

Son sutkada Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb.

Gununsesi.org xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının ümumi sayı 4 825 nəfərə çatıb.

Nazir qeyd edib ki, son bir gündə koronavirusa 1 592 nəfər yoluxub. Beləliklə, koronavirusa yoluxma hallarının ümumi sayı 179 831 nəfərə yüksəlib.

Virusa yoluxmuş 927 nəfər sağalaraq evə buraxılıb. Hazırda qonşu ölkədə COVID-19-dan sağalanların ümumi sayı 152 364 nəfər təşkil edir.

 

Gununsesi.org