Türkiyədə koronavirusdan daha 21 nəfər öldü

  • By admin
  • 05 İyun 2020 12:57

Türkiyədə bu gün daha 21 nəfər koronavirusdan ölüb.

Gununsesi.org xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, Türkiyədə koronavirusdan indiyədək 4630 nəfər ölüb. Yoluxma sayı 167 410-dur. Bu gün daha 926 xəstə evə buraxılıb. Bununla da koronavirusdan sağalanların sayı 131 778 nəfərə çatıb.

Gununsesi.org