Türkiyədə koronavirusdan sağalanların sayı 180 mini keçib

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.

Gununsesi.org-un xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bildirib.

Nazir yazıb ki, son 24 saatda 46 414 şübhəli koronavirus testindən keçib, onlardan 1148-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1188 xəstə sağalıb.

Türkiyədə indiyədək 205 758  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5225 nəfər ölüb, 180 680 nəfər müalicə olunaraq evə buraxılıb.

Nazir bildirib ki, Türkiyədə son 3 gündə infeksiyaya yoluxmaya ən çox İstanbul, Ankara, Qaziantep, Mardin, Konya, Bursa, Diyarbəkirdə rast gəlinib.

 

 

Gununsesi.org