Türkiyədə son sutka ərzində koronavirusdan 69 nəfər dünyasını dəyişib, 2091 nəfər isə virusa yoluxub.
Gununsesi.info xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 9727-ə, yoluxanların sayı isə 359 784-ə çatıb.
Koronavirusdan sağalanların sayı isə 313 093-yə yüksəlib. Hazırda ağır xəstələrin sayı 1699 nəfər təşkil edir.
Ümumilikdə 13 milyondan çox insan test olunub.
Gununsesi.info