Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində koronavirusdan 14 nəfər dünyasını dəyişib, 1 459 nəfərdə virus aşkarlanıb.

Gununsesi.org bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4 792, yoluxma faktı 176 min 677 nəfər olub.

 

Gununsesi.org