Türkiyədə koronavirusu müəyyən edən test hazırlandı

  • By admin
  • 20 Mart 2020 17:58

Türkiyədə COVID-19 diaqnozu üçün test hazırlanıb.

Gununsesi.org bildirir ki, “Anadolu” agentliyi xəbər verir ki, Kocaeli vilayətinin Gebze rayonunda yerləşən biotexnologiya şirkətində molekulyar diaqnostik test sisteminin hazırlanmasına başlanılıb.

Yeni test sistemi analizlərin nəticəsini üç saat ərzində əldə etməyə imkan verir.

Bir dəstlə 50-100 arası xəstəni müayinə etmək mümkündür.

Gununsesi.org