Türkiyədə mədən çökdü: 2 nəfər torpaq altında qaldı

  • By admin
  • 26 Fevral 2024 12:40

Türkiyənin Elazığ bölgəsinin Alacakaya rayonunda mədəndə çökmə baş verib.

Gununsesi.info xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfər torpağın altında qalıb. AFAD-ın əməkdaşları, təcili yardım qrupları və təhlükəsizlik qüvvələri bölgəyə sövq edilib.

AFAD-dan verilən açıqlamada 1 işçinin xilas edildiyi, yerin altında qalan 2 nəfərin xilas edilməsi üçün işlərin davam etdiyi bildirilib.

Təbii fəlakətdən sonra Elazığ valisi Ömər Toraman yerli vaxtla saat 10:00 radələrində Palu rayonu Kayaönü kəndi ətrafında xrom mədənində çökmə xəbərinin alındığını və qrupların sürətlə hadisə yerinə gəldiyini bildirib.

 

Gununsesi.info