
Türkiyənin şimalındakı Zonquldak vilayətində mədəndə baş verən çökmə nəticəsində 1 işçi həlak olub, daha 3 nəfər isə xilas edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Hadisə Ereğli rayonunda, Taşkömürü Kurumu (TTK) “Armutçuk Müessessi” şirkətində baş verib.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və tibb işçiləri gəlib. Dörd şaxtaçı dağıntılar altında qalıb.
Zonquldak valisi Osman Hacıbektaşoğlu faciə yerinə gəlib.
Onun sözlərinə görə, dağıntı zamanı mədəndə 280 nəfər işləyib.
“Uçqun 4 nəfərin işlədiyi ərazidə baş verib. Artıq risklər yoxdur. Bundan əlavə, biz partlayışdan danışmırıq, bu, çöküşdür. Hazırda bütün mədən üçün təhlükə yarada biləcək heç bir vəziyyət yoxdur”, – vali bildirib.
Elmar Elnuroğlu
Gununsesi.info