Türkiyədə məktəbə daha bir hücum - Ölən və yaralananlar var

Türkiyənin Kahramanmaraş ərazisindəki məktəblərdən birinə silahlı hücum edilib. 

Gununsesi.info xəbər verir ki, hadisə Onikişubat rayonundakı Ayser Çalık Orta Məktəbində baş verib.

Kahramanmaraş valisi Mükerrem Ünlüer ölənlərin olduğunu təsdiqləyib. İlkin məlumatlara görə, 6 nəfər yaralanıb.

Xatırladaq ki, bundan öncə Şanlıurfanın Siverek rayonundakı bir liseydə dünən atışma baş verib. Məktəbə ov tüfəngi ilə girən təcavüzkar intihar etməzdən əvvəl 16 nəfəri yaralayıb.

 

Gununsesi.info