Türkiyənin 27 əyalətində məktəblər bir günlüyə bağlanıb.
Gununsesi.info Türkiyə KİV–nə istinadən xəbər verir ki, buna səbəb həmin əyalətlərdə hava şəraitinin əlverişsiz olması və güclü qar yağması və şaxtalı, sərt hava şəraitidir. Türkiyə höküməti bütün bunları nəzərə alaraq, məktəbləri güclü qar yağmasına görə, tətilə buraxıb.
Məlumatda bildirilir ki, Ərzurum, Niğde, Kayseri, Tunceli, Qars, Sivas, Düzcə, Elazığ, Bitlis, Sakarya, Muş, Bingöl, Yozqat, Gümüşhane, Bayburt, Konya, Karaman, Ordu, Bolu, Kastamonu, Karabük, Tokat, Giresun, Kahramanmaraş, Samsun, Ağrı, Erzincanda uşaq bağçaları, ibtidai və orta məktəblər, habelə liseylərdə təhsilə bir günlüyə ara verilib.
Xatırladaq ki, Türkiyədə 81 əyalət və onlara bağlı 957 rayon var.
Gülnaz Qənbərli
Gununsesi.info