
Türkiyə polisi mafiya üzvlərinə qarşı son illərin ən böyük əməliyyatlarından birini təşkil edib.
Gununsesi.info Türkiyənin “Akşam” qəzetinə istinadən verdiyi xəbərə görə, Eyüp mahalında Abbas Ata adlı şəxsin qətli ilə bağlı Türkiyə polisi eyni vaxtda İstanbulun Tekirdağ, Sakarya, Kocaeli və Samsunda “Şahinlər” və “Sarallar” qrupu olaraq bilinən mütəşəkkil cinayətkar dəstələrə qarşı əməliyyat keçirib.
Nəticədə asayiş keşikçiləri 52 mafiya üzvünü saxlayıblar. Bundan başqa “Sarallar” qrupunun liderləri Alattin Saralanın və “Şahinlər” qrupunun lideri Sedat Şahinin həbsi ilə bağlı axtarış elan olunub.
Qeyd edək ki, onlar müxtəlif cinayətləri törətməkdə şübhəli bilinir.
Anar
Gununsesi.info