
Türkiyədə tibbi maska ilə bağlı bütün qadağalar ləğv olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
“Artıq açıq yerlərdə maska taxmaq lazım deyil, HES kod tətbiqi yığışdırılıb, qapalı yerlərdə havalandırma kifayət qədər olarsa, maska taxılmayacaq”, – deyə nazir qeyd edib.
F.Qoca açıqlamasında simptomları olmayanlardan artıq PCR testlərinin tələb olunmayacağını, məktəblərdə müsbət hal baş verdikdə yalnız koronavirusa yoluxan şagirdin təcrid olunacağını bildirib.
Gununsesi.info