İstanbulun Atatürk Hava Limanında törədilən terror aktlarına görə Türkiyədə birgünlük matəm elan olunub. Gununsesi.info xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. İnformasiyaya görə, iyunun 30-da ölkə daxilində və Türkiyənin xaricdəki rəsmi təmsilçiliklərində dövlət bayrağı yarıyadək endiriləcək.
Qeyd edək ki, İstanbulun Atatürk Hava Limanında törədilən terror aktları nəticəsində 41 nəfər ölüb, 239 nəfər yaralanıb. Ölən və yaralananların sayının artacağı istisna olunmur.