Türkiyədə meşə yanğını böyük təhlükə yaratdı

Türkiyənin Antalya vilayətinin Manavgat rayonunda baş verən güclü meşə yanğını böyük təhlükə mənbəyinə çevrilib.

Gununsesi.info xəbər verir ki, yanğının söndürülməsinə 1 təyyarə, 13 helkopter, 103 yanğınsöndürən maşın və 412 nəfərlik canlı qüvvə cəlb olunub.

HTML tutorial

Yanğının yaratdığı təhlükə səbəbindən risklər altında olan 4 məhəllədən ümumilikdə 62 nəfər təxliyə olunub.

Türkiyə kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib ki, alovun sürətlə yayılmasının əsas səbəbi və söndürüməsinin çətinliyi yanğın ocaqlarının sayının çox olmasıdır.

Yanğın nəticəsində kənd təsərrüfatına külli miqdarda zərər dəyib. Hələlik yanğının səbəbi barədə dəqiq məlumat verilməyib.