Türkiyədə meşədə yanğın başlayıb

  • By ilhame
  • 10 İyun 2024 19:07

Türkiyənin Balıkəsir bölgəsində meşəlik ərazidə yanğın başlayıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

 

Yanğının söndürülməsinə 4 təyyarə, 2 helikopter, 12 su tankeri, 7 su təchizatı maşını və 120 canlı qüvvə cəlb olunub.

 

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Gununsesi.info