Türkiyədə mikroavtobus qəzaya uğradı, 41 yaralı

  • By admin
  • 28 İyun 2020 21:33

Türkiyənin Van əyalətində qeyri-qanuni miqrantları daşıyan mikroavtobus qəzaya uğrayıb.

Gununsesi.org yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər həlak olub, 41 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qeyd edilir ki, qeyri-qanuni miqrantların daşınmasını təşkil edən iki nəfər polislər tərəfindən saxlanılıb.

 

 

Gununsesi.org