Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin birgə keçirdiyi əməliyyat zamanı İsrail kəşfiyyat xidməti MOSSAD-a məlumat ötürən 7 şübhəli saxlanılıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar arasında vaxtaşırı yerli televiziya kanallarının səhər verilişlərində iştirak edən özəl detektiv və keçmiş dövlət qulluqçusu Hamza Turhan Ayberk də var.
MOSSAD-ın “Viktoriya” kod adı altında agenti vasitəsilə Aiberk ilə əlaqə qurduğu bildirilir.
Türkiyə xüsusi xidmət orqanlarının məlumatına görə, Ayberk pul mükafatı qarşılığında MOSSAD-a məlumat verib.
O, Türkiyədə Yaxın Şərqdən olan şəxslər və şirkətlərin fəaliyyəti ilə bağlı məlumat toplamaq üçün dövlət rəsmilərinin də daxil olduğu qrup yaradıb.
Həmzə Turhan Ayberk 2019-cu ildə Belqradda MOSSAD-dan qarşıda duran işlərlə bağlı təlimat alıb. Əvvəlcə İsrail kəşfiyyatı ona sadə tapşırıqlar verib.
Məlumatda qeyd edilir ki, MOSSAD koordinasiyası altında Ayberk şifrəli rabitə proqramlarından istifadə edib. Rəsmi sənədlərdə əks olunmaması üçün o, kriptovalyutada xidmətlərin ödənişini alıb.
Ayberk informasiya ötürməklə yanaşı, təhdid və müşahidə ilə də məşğul olub. O, avtomobillərinə quraşdırdığı izləmə cihazından istifadə edərək, müşahidə hədəflərinin yeri barədə məlumatları dərhal MOSSAD-a ötürüb.
Gununsesi.info