Türkiyədə nə baş verir ? - Sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

  • By admin
  • 28 Fevral 2020 09:20

Türkiyə sakinləri İnstaqram, Yutub, Tvitter, Feysbuk kimi məşhur sosial şəbəkələrə daxil olmaqda çətinlik çəkir. Gununsesi.org bildirir ki, bu barədə Downdetector” saytında məlumat verilib.

Bu, İdlibdə onlarla türk hərbçisinin şəhid olmasından sonra baş verib. Məlumatda deyilir ki, Ankara daha əvvəl də sosial şəbəkələrə girişi məhdudlaşdırırdı, lakin bu, böyük terror aktlardan sonra baş verirdi.

Xatırladaq ki, daha əvvəl İdlibdə Bəşər Əsəd rejimi qüvvələri Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə hücum edib. Nəticədə Türkiyənin 29 əsgəri şəhid olub. Türkiyə ordusu qarşı tərəfin mövqelərinə cavab zərbələri endirib.

Gununsesi.org