Türkiyədə narkotik alveri ilə məşğul olan 9 azərbaycanlı ələ keçdi

  • By admin
  • 07 Yanvar 2018 14:10

Türkiyənin Tokat vilayətinin Erbaa rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları 2 avtobusda cəmi 4 min 710 qutu qaçaqmal siqaret və 133 şüşə qaçaqmal spirtli içki ələ keçiriblər.

Gununsesi.info xəbər verir ki, hadisə Dəyirmanlı kəndinin yaxınlığındakı yolayrıcında qeydə alınıb. İki avtobusda 9 Azərbaycan vətəndaşından qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş mallar aşkarlanaraq götürülüb.

Azərbaycanlılar 71 min 298 TL cərimə ediliblər. Bundan başqa, avtobus sürücüləri də 2 min 854 TL məbləğində cərimələnib.

Gununsesi.info