Türkiyədə Nazirlər Kabinetinin tərkibi dəyişdirilə bilər

  • By admin
  • 04 Yanvar 2018 10:04

Türkiyədə Nazirlər Kabinetinin tərkibi dəyişdirilə bilər.

Gununsesi.info trend-ə istinadən xəbər verir ki, yerli KİV-lərdə bunun yaxın zamanlarda baş verə biləcəyi barədə xəbər yayılıb.

Məlumata görə, Nazirlər Kibinetinə 18 yeni nazir daxil edilə bilər.

Türkiyə hökuməti hələ ki, bu xəbəri nə təkzib, nə də təsdiq edib.

Qeyd edək ki, daha öncə 2017-ci il iyulun 19-da yeni Nazirlər Kabineti formalaşdırılmışdı. Müdafiə naziri Fikri İşıq baş nazirin müavini təyin edilmişdi. Baş nazirin müavini Nurətdin Canikli isə müdafiə naziri olmuşdu.

Gununsesi.info