Türkiyədə növbəti dəfə zəlzələ oldu

  • By Mina
  • 16 Aprel 2024 16:43

Türkiyənin İzmir vilayətində yenidən zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Çeşme rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 20.6 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Gununsesi.info