Türkiyədə növbəti FETÖ əməliyyatı - 18 VƏKİL SAXLANILDI

  • By admin
  • 06 İyun 2017 14:16

07

İyunun 6-da İzmir şəhər prokurorluğunun təlimatı üzrə Terrorla Mübarizə Şöbəsinin əməkdaşları FETÖ terror təşkilatına qarşı növbəti dəfə əməliyyat keçirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 18 vəkil nəzarətə götürülüb.

Belə ki, nəzarətə alınan şübhəlilər İzmir Terrorla Mübarizə Şöbəsinə aparılıb.

Qeyd edək ki, əməliyyatlar terrorçu şəbəkənin istifadə etdiyi “ByLock” internet resursunun istifadəçilərinin müəyyənləşdirilməsi ilə bağlı həyata keçirilib.

Anar

Gununsesi.info