Türkiyədə növbəti FETÖ əməliyyatı: 70 EVƏ BASQIN OLUNDU

  • By admin
  • 20 Aprel 2017 10:28

turkiye-terror

FETÖ-çülər nəzarətə götürülüb. 

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul polisi bu səhər FETÖ-yə qarşı aparılan əməliyyatlar nəticəsində 70 evə basqın edib. Nəticədə çox sayda insan nəzarətə götürülüb.

Əməliyyat bu gün səhər saatlarında həyata keçirilib. Polislər Üsküdar Acıbadəm məhəlləsinin Yaprak küçəsindəki 4 mərtəbəli bir binada araşdırma aparıb.

Nəzarətə götürülənlər tibbi müayinədən  keçirilib.

Gununsesi.info