Türkiyədə növbəti həyəcan:  Şübhəli çanta...

  • By admin
  • 06 Yanvar 2017 19:10

neveher

 

Türkiyənin Nevşəhər bölgəsində terror həyəcanı yaşanıb.

Gununsesi.info xəbər verir ki, şəhərin mərkəzində bir bankın qarşısındakı zibil qutusundan asılan qadın çantası təşvişə səbəb olub.

Zibil qutusundan asılan şübhəli qadın çantası polisi hərəkətə keçirib. Hadisə yerinə gələn polis qüvvələri ətrafı nəzarət altına alıb. Olay yerinə çağırılan sapyor çantaya baxış keçirib, daha sonra çanta polis idarəsinə araşdırılması üçün aparılıb.

 

Gununsesi.info