Türkiyədə növbəti partlayış - 5 şəhid, 8 yaralı

  • By admin
  • 10 Avqust 2016 11:09

partlayis

 

Türkiyədə hərbi maşının keçidi zamanı partlayış törədilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şırnakın Uludərə qəsəbəsində PKK terrorçuları hərbi maşın keçərkən öncədən yola basdırdıqları partlayıcı qurğunu işə salıblar.

Partlayış nəticəsində 5 əsgər şəhid olub, 8 əsgər yaralanıb. Yaralıların bəzilərinin durumu ağırdır. Bölgədə geniş miqyaslı əməliyyat başlanıb.

Gununsesi.info