
Türkiyədə səhər saatlarında partlayış baş verib.
Gununsesi.info xəbər verir ki, partlayış Bursa vilayətində əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
Məlumata görə, insident nəticəsində bir polis əməkdaşı yaralanıb.
Bombanın polis idarəsi yaxınlığındakı körpüdə quraşdırıldığı qeyd olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Digər təfərrüatlar barədə məlumat verilməyib.
Gununsesi.info