Türkiyədə daha bir hərbi maşın partladılıb.
Gununsesi.info xəbər verir ki, hadisə Diyarbəkir əyalətinin Silvan rayonunda baş verib. Terrorçu PKK qruplaşması silahlılarının avtomobil yoluna əvvəlcədən yerləşdirdikləri partlayıcının partlaması nəticəsində 7 əsgər yaralanıb. Hadisə hərbçilərin olduğu avtomobil həmin ərazidən keçərkən baş verib.
Xəbərdə yaralı əsgərlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, Türkiyənin təhlükəsizlik qüvvələri terrorçuların zərərsizləşdirilməsi istiqamətində irimiqyaslı əməliyyatlara başlayıb. (Report)