
Böyük Britaniyanın Xarici İşlər Naziriyi Türkiyədə yenidən terror olacağına dair xəbərdarlıq edib. Gununsesi.info bildirir ki, Birləşmiş Krallıq Türkiyəyə səfər etmək istəyən vətəndaşlarına səfərlərini təxirə salmağı tövsiyyə edib: “Bu ölkədə yeni terror hadisələri törədilə bilər. Bütün bu məlumatlar Britaniyanın daxili siyasət idarələrinin turizm məsləhətlərində öz əksini tapıb. Türkiyənin aviyasiya sahəsinə aid obyektlərinə də terror təhlükəsi artıb. Türkiyənin hüquq-mühafizə orqanlarının uğurlu müdaxilələrinə baxmayaraq, növbəti terror hücumları daha da qarışıq ola bilər. Hücumlar dövlət obyekləri ilə yanaşı, vətəndaşların yaşadıqları ərazilərdə də ola bilər”.