Türkiyədə növbəti zəlzələ

  • By Mina
  • 16 Aprel 2024 10:06

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Göksun rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.1 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Gununsesi.info